-
- 3-09-2023, 18:20
- 284
PKK-nın məhv edilməsində əməkdaşlıq gözləyirik - Hakan Fidan
"Məsuliyyətli qonşuluq münasibətləri sülh və sabitlik üçün vacibdir. Biz qarşılıqlı məsələləri dialoq yolu ilə həll etmək istəyirik".
News24.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə birgə mətbuat konfransı zamanı bildirib.
"Birgə sərhəd təhlükəsizliyi antiterrorizmlə bağlı həssaslığımızı bildirmişik. Suriyaya bununla bağlı mövqeyimizi açıq şəkildə ifadə etmişik. İranın PKK-nın Suriyadan təmizlənməsi üçün bizimlə işləməsi vacibdir. Məsələləri Suriya və Rusiyanın iştirakı ilə 4 formatlı formatda müzakirə edirik", - deyə Hakan Fidan qeyd edib.
Günəş Mərd