Oğurluqda şübhəli bilinən şəxslər SAXLANILDI
    • 4-09-2023, 14:11
    • 106

Oğurluqda şübhəli bilinən şəxslər SAXLANILDI

Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisindən “QAZ-31029” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən News24.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Tural Məmmədov və əvvəllər məhkum olunmuş Vasif Niyazlı müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla onların həmin gecə Yeni Qızılca kəndi ərazisində yerləşən mal-qara bazarından qoyun oğurlamaları da müəyyən olunub.

Araşdırmalar davam etdirilir.