Abşeronda və Şəmkirdə avtomobillər oğurlanıb
    • 2-02-2021, 13:33
    • 425

Abşeronda və Şəmkirdə avtomobillər oğurlanıb

Abşeronda və Şəmkirdə avtomobillər oğurlanıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Abşeron Rayon Polis İdarəsinə (RPİ) müraciət edən Saray qəsəbə sakini R.Səlimov yanvarın 31-də qəsəbə ərazisindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakinləri A.Məmmədov və V.Aşırov müəyyən edilərək avtomobillə birlikdə saxlanılıblar.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Bundan başqa, Şəmkir Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən Əliyaqublu kənd sakini A.Məhərrəmov fevralın 1-də kənd ərazisindən “VAZ-21099” markalı avtomobilinin qaçırıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş H.Əliyev müəyyən edilərək Könüllü kəndi ərazisində avtomobillə birlikdə saxlanılıb.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.