Ərdoğan milli valyutalardan istifadə etməyə çağırıb
    • 4-09-2023, 15:17
    • 101

Ərdoğan milli valyutalardan istifadə etməyə çağırıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Rusiya prezidenti Vladimir Putinlə danışıqlar zamanı ikitərəfli əməkdaşlıqda milli valyutalara keçidin əhəmiyyətindən danışıb.

News24.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Türkiyə prezidenti Rusiya və Türkiyənin mərkəzi bankları rəhbərlərinin görüşünü ölkələr arasında ikitərəfli münasibətlərdə milli valyutalara keçid istiqamətində atılan addım baxımından mühüm adlandırıb.

Aydan