Attestatla universitetə qəbul mümkün olacaq? - DİM sədri açıqladı
    • 18-05-2024, 10:43
    • 1 398

Attestatla universitetə qəbul mümkün olacaq? - DİM sədri açıqladı

Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir.

News24.az "Report"a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, sıfır balla da attestat alan var: "Amma bu balla universitetə qəbul olmaq mümkün deyil. Ancaq ola bilsin ki, model dəyişsin".

DİM sədri həmçinin abituriyentlərə də müraciət edib: "İxtisas seçimini, elektron qeydiyyatı kiməsə həvalə etmək doğru deyil".