Ərdoğan Rusiyadan əlavə təyyarələr istədi
    • 4-09-2023, 15:19
    • 148

Ərdoğan Rusiyadan əlavə təyyarələr istədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ümid edir ki, Rusiya meşə yanğınları ilə mübarizə üçün respublikaya daha çox amfibiya təyyarələri göndərə biləcək. 

News24.az xəbər verir ki, o, bu barədə Soçidə Rusiya lideri Vladimir Putinlə danışıqları zaman bildirib.

“Bu yay meşə yanğınları yaşadıq. Göndərdiyiniz iki amfibiya təyyarəsi bizim üçün böyük bir xilas oldu. Və bu rəqəmi ikiqat artıra bilsək, çox məqsədəuyğun olardı, çünki hər yay bizdə belə bir təhlükə var”, - Ərdoğan bildirib.

Xatırladaq ki, ötən yay Rusiya Fövqəladə Hallar Nazirliyinin iki Be-200 təyyarəsi Türkiyədə meşə yanğınlarının söndürülməsində iştirak edib.

Akqabay