Ərdoğan azərbaycanlı yanğınsöndürənlərlə görüşdü - FOTO
    • 24-06-2022, 14:54
    • 267

Ərdoğan azərbaycanlı yanğınsöndürənlərlə görüşdü - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarının söndürülməsi üçün köməyə gedən azərbaycanlı yanğınsöndürənlərlə görüşüb.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Muğla şəhərinin Dalaman hava limanında baş tutan görüşdə Türkiyə prezidenti bölgədə davam edən yanğınla bağlı məlumatlandırılıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə kömək məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə Türkiyəyə göndərilib.