Məşhur futbolçu karyerasını BAŞA VURUR
    • 4-09-2023, 15:50
    • 393

Məşhur futbolçu karyerasını BAŞA VURUR

Belçikalı yarımmüdafiəçi Eden Hazard futboldan getməyə qərar verib. 

News24.az xəbər verir ki, bu barədə idmançının özü məlumat verib.

32 yaşlı futbolçu tezliklə karyerasını başa vuracağını açıqlayacaq. Yarımmüdafiəçi qeyd edib ki, özünə yeni klub axtarmayacaq.

Qeyd edək ki, Eden Hazard 14 il Belçika millisində çıxış edib. Milli komandada keçirdiyi 124 matçda 24 qol vurub. DÇ-2018-də belçikalılar üçüncü yeri tutdular. Bu, Belçika yığmasının ən yaxşı nəticəsidir.

Aynurə