Keçmiş həyat yoldaşını qətlə yetirən şəxsə 16 il cəza VERİLDİ
    • 4-09-2023, 16:37
    • 297

Keçmiş həyat yoldaşını qətlə yetirən şəxsə 16 il cəza VERİLDİ

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən İlqar Qəribovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

News24.az-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə 18 il cəza istəyib. 

Daha sonra məhkəmə hökmü elan olunub. Məhkəmənin hökmü ilə İş Qəribov 16 il azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, ötən il paytaxtın Xətai rayonunu ərazisində 1983-cü il təvəllüdlü Raminə Qəribovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri 1976-cı il təvəllüdlü İlqar Qəribovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Raminə Qəribovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlqar Qəribov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Samir Əli