Taxıl sazişi ilə bağlı təkliflər paketi hazırlamışıq - Ərdoğan
    • 4-09-2023, 23:13
    • 138

Taxıl sazişi ilə bağlı təkliflər paketi hazırlamışıq - Ərdoğan

Biz taxıl sazişinin bərpası üçün yeni təkliflər paketi hazırlamışıq, müsbət nəticə əldə edəcəyimizə ümid edirik.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarı Vladimir Putinlə ikitərəfli görüşdən sonra deyib.

Türkiyə lideri qeyd edib ki, Rusiyanın kasıb ölkələrə ərzaq göndərilməsinin zəruriliyi ilə bağlı qərarını düzgün hesab edir.

Öz növbəsində Rusiya Prezidenti Vladimir Putin bildirib ki, bir neçə həftədən sonra ölkəsi Afrikanın 6 dövlətinə pulsuz taxıl tədarük etməyə başlayacaq.