Türkiyənin daxili işlər naziri Bakıya gəlir
    • 5-09-2023, 11:54
    • 180

Türkiyənin daxili işlər naziri Bakıya gəlir

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sabah Bakıya səfərə gəlir.

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, türkiyəli nazir 6-8 sentyabrda Bakı şəhərində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərinin ikinci iclasında iştirak edəcək. 

Şimali Kipr Türk Cümhuriyyətinin daxili işlər naziri Dursun Oğuz da həmin tədbirdə iştirak etmək üçün Azərbaycana səfər edəcək.