Aygün Kazımovanın məşhur duet ortağı SƏRSƏMLƏDİ:
    • 5-09-2023, 12:01
    • 1 446

Aygün Kazımovanın məşhur duet ortağı SƏRSƏMLƏDİ: "ƏZİZ ERMƏNİLƏR..."

Məşhur reper Snoop Dogg yeni paylaşımında Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirərək ermənilərə və Ermənistana dəstəyini ifadə edib.

News24.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. 

“Əziz ermənilər, mən sizinləyəm. Ermənistan, Artsax və bütün dünya ermənilərinə öz sevgimi göndərirəm. Hər kəsə sülh, sevgi və güc arzulayıram. Gəlirəm, sentyabrın 23-də görüşəcəyik”, - deyə o, yazıb.

Xatırladaq ki, müğənni Aygün Kazımova və  Snoop Dogg 2014-cü ildə “Coffee From Colombia” mahnısını birgə ifa ediblər.

Ayşən