“Ukraynadakı müharibə üçün üfüqdə sülh görünmür” - Ədoğan
    • 5-09-2023, 14:41
    • 267

“Ukraynadakı müharibə üçün üfüqdə sülh görünmür” - Ədoğan

"Yaxın gələcəkdə Ukraynada sülhün bərqərar olması perspektivi yoxdur".

News24.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Tərəflərdən belə bir istək bildiriləcəyi təqdirdə biz öz töhfəmizi verməyə hazırıq. Biz həmçinin məhbusların mübadiləsi və Zaporijya Atom Elektrik Stansiyası kimi məsələlərdə vasitəçilik rolunu oynamağa davam edəcəyik. Ümid edirik ki, iki qonşumuz və regionumuz üçün zərərli olan bu müharibə beynəlxalq hüquqa əsaslanan ədalətli və davamlı sülhlə mümkün qədər tez başa çatacaq”, - Türkiyə lideri vurğulayıb.

Qumral