Ərdoğandan Putinə təklif:
    • 4-09-2023, 18:21
    • 122

Ərdoğandan Putinə təklif: "Yardım etməyə hazırıq"

Türkiyə Ukrayna münaqişəsinin həllində vasitəçi rolunu öz üzərinə götürməyə hazırdır. 

News24.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Soçidə apardığı danışıqlardan sonra bildirib.

“Biz regionumuzda davamlı sülh, sabitlik və rifahın bərqərar olması üçün səylərimizi davam etdirmək əzmindəyik. Biz əvvəllər münaqişə tərəfləri arasında birbaşa danışıqlara ev sahibliyi edən ölkə kimi çıxış etmişik Biz əvvəlki kimi bu məsələdə də əlimizdən gələni etməyə və vasitəçi kimi çıxış etməyə hazırıq”, - deyə o bildirib.

Akqabay