-
- 5-09-2023, 17:12
- 301
Biləsuvarın acınacaqlı mühiti: MƏSULİYYƏTƏ CƏLB OLUNANLAR VAR
Biləsuvarda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər inzibati məsuliyyətə cəlb olunub.
News24.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib.
Ərazinin zibillənməsi halları ilə bağlı son 1 ay ərzində 21 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.