Ailələrdən Netanyahuya: Müharibəni dayandırın
    • 18-05-2024, 14:30
    • 186

Ailələrdən Netanyahuya: Müharibəni dayandırın

İsrailin dövlət televiziyası KAN Qəzza zolağının cənubundakı Rəfahda döyüşən qaradərili komando birliyində olan əsgərin anası ilə müsahibəni yayımlayıb.

News24.az xəbər verir ki, 1000-dən çox hərbçi ailəsi adından danışdığını bildirən israilli ana Qəzzada müharibənin davam etməsinin övladlarının həyatını riskə atmaq, qurban vermək demək olduğunu və bu müharibədən çıxış yolu olmadığını qeyd edib.

“Bu müharibədə əsgər anası olmaq təcrübəsi dözülməzdir, xüsusən də bildiyiniz zaman ki, bu müharibənin heç bir istiqaməti, məqsədi və strategiyası yoxdur”, - deyə ana bildirib. 

Ailələrin və hərbçi uşaqlarının Netanyahu hökumətinə inamını itirdiyinə diqqət çəkən ana, təmsil etdiyi hərbçi ailələrin hökumətdən “Qəzzada müharibəni dayandırmasını və Rəfahdakı hərbi əməliyyatı davam etdirməməsini istəyirik” deyib.

Ana müharibənin dayandırılmasını tələb edən ailələrdən imzaların toplandığını bildirib.

İsrail müxalifəti və məhbusların ailələri Qəzzada müharibənin bitməsinə və məhbusların evlərinə qayıtmasına imkan verəcək mübadilə razılaşması tələb etsələr də, Netanyahu Qəzzada hərbi əməliyyatın “məqsədlərə çatana qədər davam edəcəyini” bildirib. 

Günel Məlikzadə