Sel fəlakəti: Ölənlər var
    • 18-05-2024, 14:41
    • 215

Sel fəlakəti: Ölənlər var

Əfqanıstanın mərkəzi hissəsində yeni güclü yağış və daşqın nəticəsində azı 50 nəfər həyatını itirib.

News24.az xəbər verir ki, mərkəzi Qor vilayətinin informasiya departamentinin rəhbəri Mövlavi Əbdül Hai Zaem dünən başlayan və bölgəyə gedən bir çox mühüm yolu bağlayan yağışda nə qədər insanın xəsarət aldığı barədə məlumatın olmadığını deyib.

Ötən həftə ölkədə daşqınlar baş verib.

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı Əfqanıstanda qeyri-adi güclü mövsümi yağışların səbəb olduğu daşqınların 300-dən çox insanın həyatını itirdiyini və mindən çox evi dağıddığını bildirib.

Günel Məlikzadə