Saakaşvilinin əfv edilməsi Zurabişvilini xilas ETMƏYƏCƏK
    • 5-09-2023, 18:34
    • 377

Saakaşvilinin əfv edilməsi Zurabişvilini xilas ETMƏYƏCƏK

Gürcüstan Prezidenti Salome Zurabişvili müxalifətin yolu ilə getməməli və keçmiş dövlət başçısı Mixail Saakaşvilinin əfvinə razılıq verməməlidir. 

News24.az xəbər verir ki, bunu hakim “Gürcü arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib.

O qeyd edib ki, Zurabişvilinin həbsdə olan eks-prezidenti əfv etməyə razılığı onun siyasətçi kimi özünü məhv etməsi olacaq. 

“Salome Zurabişvilinin şantaja tab gətirəcəyini və Saakaşvilini yalnız ona görə əfv edəcəyini düşünmürəm ki, əks halda impiçment məsələsini dəstəkləyəcəklər”, - Mamuka Mdinaradze bildirib.

Siyasətçi vurğulayıb ki, belə bir ssenarinin baş verməsi ehtimalı çox azdır: “Prezident çətin ki, onun həyata keçirilməsinə razı olsun”.

Qeyd edək ki, S. Zurabişvilinin impiçmenti üçün sənədlər tərtib olunmağa başlanıb. Zurabişvilinin özü də artıq Avropaya səfər edir ki, bu da hakimiyyətin səbrini daşıyan son damla olub.

Akqabay