-
- 5-09-2023, 23:42
- 185
Dövlət Departamenti Blinkenin Kiyevə səfərini TƏSDİQLƏMƏDİ
Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel dövlət katibi Antoni Blinkenin Kiyevə mümkün səfəri ilə bağlı məlumatı təsdiqləməyib.
News24.az APA-ya istinadən xəbər verir ki, o, brifinqdə Blinkenin sentyabrın 6-da Ukrayna paytaxtına səfər edəcəyi ilə bağlı mətbuatda yayılan iddialara münasibət bildirərək, “Mənim hər hansı rəsmi səfərlə bağlı heç bir məlumatım yoxdur” deyib.
Qeyd edək ki, Ukrayna mediası diplomatik mənbələrə istinadən dövlət katibinin sabah Kiyevə gedəcəyini bildirmişdi.