-
- 6-09-2023, 10:35
- 187
Blinken Ukraynaya gəldi
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken sentyabrın 6-da Ukraynaya rəsmi səfərə gəlib.
News24.az xəbər verir ki, bu barədə RBC-Ukrayna mənbələrinə istinadən məlumat yayıb.
Blinkenin səfəri barədə əvvəllər təhlükəsizliklə bağlı məlumat verilməmişdi. Səhər saatlarında Kiyevin mərkəzində nəqliyyatın hərəkəti qismən bağlanıb. Bu adətən beynəlxalq liderlər və nümayəndə heyətləri paytaxta gələndə baş verir.
ABŞ dövlət katibinin səfəri barədə dünən, sentyabrın 5-də mətbuatda məlumat yayılıb.
Qeyd edək ki, ABŞ dövlət katibinin səfəri Ukraynanın müdafiə nazirinin dəyişməsi fonunda baş verir. Bu gün Müdafiə Nazirliyinin yeni rəhbəri vəzifəsinə Rustem Umerovun namizədliyi Ali Rada tərəfindən dəstəklənməlidir.
Akqabay