Bakı metrosu ötən ay nə qədər sərnişin daşıyıb?
    • 6-09-2023, 12:04
    • 216

Bakı metrosu ötən ay nə qədər sərnişin daşıyıb?

Bu ilin avqust ayında Bakı metropolitenindən 14 milyon 292 min 400 nəfər sərnişin istifadə edib.

News24.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Məlumata görə, ötən ay gün ərzində orta hesabla 461 min 45 nəfər sərnişinə xidmət göstərilib. Ən çox sərnişin avqustun 31-də (535 min 233), ən az isə ayın 13-də (297 min 668) daşınıb.

Koronavirus (COVID-19) pandemiyası elan edilənə qədər olan sonuncu ilin - 2019-cu ilin avqust ayı ilə müqayisədə 10,4 % az, həmçinin ötən - 2022-ci ilin eyni ayına nəzərən 1,3 % çox sərnişin metrodan istifadə edib.

2023-cü ilin 8 ayı ərzində metro 138 milyon 447 min 320 sərnişin daşıyıb. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 7,9 % az, 2022-ci ilin həmin dövrünə nisbətən isə 7,85 % çoxdur.