Bakı Metropoliteni 400 minə yaxın sərnişin daşıdı
    • 8-06-2021, 10:30
    • 582

Bakı Metropoliteni 400 minə yaxın sərnişin daşıdı

Bakı Metropoliteni sərnişindaşımanın bərpa olunduğu ilk həftə ərzində 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxın az sərnişin daşıyıb.

Bunu News24.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bu müddət ərzində orta hesabla gün ərzində 350 000 - 400 000 civarında sərnişin daşınıb. Noyabr stansiyasına isə orta hesabla 2500ə yaxın sərnişin daxil olub.