-
- 6-09-2023, 12:38
- 528
Məşhur qalatasaraylı dünyanın ən bahalı avtomobilini ALDI - FOTO
Türkiyənin "Qalatasaray" futbol klubunun argentinalı hücumçusu Mauro İkardi dünyanın ən bahalı avtomobilinin sahibi olub.
News24.az xəbər verir ki, bu barədə L`Equipe məlumat yayıb.
30 yaşlı hücumçu cəmi üç nüsxədə istehsal olunan Rolls-Royce Boat Tail avtomobili alıb. Nəşrin məlumatına görə, argentinalı avtomobil üçün təxminən 26 milyon avro ödəyib.
Qeyd edək ki, daha iki oxşar avtomobilə adı açıqlanmayan iş adamına, eləcə də məşhur cütlük Cey-Zi və Beyonse məxsus olduğu bildirilir.
Aynurə