50 bağça müdiri işdən azad edilib - Nazir
    • 6-09-2023, 16:24
    • 130

50 bağça müdiri işdən azad edilib - Nazir

Növbəti tədris ilində məktəbəqədər təhsilə 220 min uşağın cəlb olunması gözlənilir. 

News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, məktəbəqədər təhsil müəssisələrində vakant olan müdir vəzifələrinə işə qəbul bu il ilk dəfə müsabiqə yolu ilə aparılıb. Bu yolla 241 nəfər işə götürülüb. 

O əlavə edib ki, bu il ərzində 50 nəfər bağça müdiri işdən azad edilib.