"1-5 yaşında olanların 32 %-i məktəbəqədər təhsilə cəlb edilib"
    • 27-07-2022, 11:36
    • 208

"1-5 yaşında olanların 32 %-i məktəbəqədər təhsilə cəlb edilib"

“Hazırda 1-5 yaşlı azyaşlıların 32 %-i məktəbəqədər təhsilə cəlb edilib. Növbəti 5 il ərzində bu rəqəmin 50 %-ə çatdırılması planlaşıdırılır. Dövrün sonuna 100 min uşağın bu təhsilə cəlbi nəzərdə tutulub”.

News24.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, ilin sonuna 137 min təhsilverənin sertifikasiyası və 68 min heyətin differensial əmək haqqı sisteminə cəlb olunacaq.