-
- 6-09-2023, 17:45
- 1 293
Kəmaləddin Heydərov qohumunu işdən ÇIXARDI
Uzun illər Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin rəisi vəzifəsində işləmiş Amal Teymurov maliyyə pozuntularına görə işdən çıxarılıb.
News24.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə onun yerinə daxili xidmət mayoru Elnar İmanov təyin edilib.
Qeyd edək ki, Elnar İmanov bu vəzifəyə kimi Maliyyə-iqtisadiyyat Baş idarəsinin rəisi Zaur Zeynalovun müavini və baş zabiti vəzifəsində çalışıb.
News24.az-ın məlumatına görə, Amal Teymurov nazir Kəmaləddin Heydərovun bibisi oğlunun kürəkənidir.
AYLİN