Arda Güler "Real Madrid"lə anlaşıb
    • 5-07-2023, 01:27
    • 215

Arda Güler "Real Madrid"lə anlaşıb

Türkiyə millisinin və "Fənərbağça"nın futbolçusu Arda Güler İspaniya "Real Madrid"i ilə anlaşıb.

News24.az verir ki, Avropanın bir neçə aparıcı komandasının diqqət mərkəzində olan 18 yaşlı yarımmüdafiəçi sonda Madrid təmsilçisini seçib.

"Kral klubu" bu keçid üçün İstanbul təmsilçisinə 20 milyon avro ödəyəcək. Həmçinin, "Fənərbağça" gənc oyunçunun sonrakı satışından 20 faiz pay alacaq.

Qeyd edək ki, Arda Güler 2019-cu ilin yayından "Fənərbağça"da çıxış edir.