Ramin Əliyev vəzifəsindən azad edildi
    • 7-09-2023, 12:13
    • 211

Ramin Əliyev vəzifəsindən azad edildi

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqroservis" ASC-nin İdarə Heyətinin sədr müavini Ramin Əliyev vəzifəsindən azad edilib.

News24.az “Report”a istinadən xəbər verir ki, hazırda bu vəzifəyə təyinat olmayıb.

Qeyd edək ki, Ramin Əliyev 2022-ci ilin oktyabrın 3-də bu vəzifəyə təyin edilib.

Xatırladaq ki, “Aqroservis” 2005-ci ildən fəaliyyət göstərən "Aqrolizinq" ASC-nin bazasında ötən il yaradılıb. Onun nizamnamə kapitalı 351,599 milyon manat təşkil edir. Şirkət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir.