Müşərrəf Akay: "Azərbaycanda konsert verib, pullarını alıb, gedirlər" - VİDEO
    • 13-03-2019, 11:19
    • 891

Müşərrəf Akay: "Azərbaycanda konsert verib, pullarını alıb, gedirlər" - VİDEO

Türkiyənin tanınmış sənətkarı Müşərrəf Akay bu gün aparıcı Nanə Ağamalıyevanın "Şou ATV" verilişində Azərbaycanda konsert verən türk müğənniləri haqda danışıb.

News24.Az xəbər verir ki, Akay illər əvvəl Gəncə şəhərində verdiyi silsilə konsertlərdən xatirələrini bölüşüb. Bildirib ki. konsert zalı kiçik olduğundan bir neçə gün ərzində hər gün 3 dəfə olmaqla konsert proqramı ilə çıxış edib:
"Zal kiçik idi. Konsertə gəlmək istəyənlər isə çox olduğundan səhər, günorta və axşam konsertlər verirdim. Mənə olan sevgidən dolayı bu ağır şərtə razı olmuşdum. İnanın, bunu pul qarşılığında etməmişəm. Mənə sadəcə üzük bağışladılar. Onu da istəmirdim. İnanırsız, yemək yeməyə də vaxt tapmırdım. Tam 8 kilo arlıqlamışdım".

Sənətkar bugünkü gündə Azərbaycanda konsert verən digər türk müğənnilər barədə isə "indikilər sadəcə pul qazanmaq məqsədilə konsert verir. Gəlirlər, pullarını alıb gedirlər" - deyib.