"Ulduz yağışı"nda yaşananlar - FOTOLAR - VİDEO
    • 8-01-2019, 16:34
    • 1 071

"Ulduz yağışı"nda yaşananlar - FOTOLAR - VİDEO

Ötən gün iş xanımı Leyla Misirovanın təşkilatçılığı, Nail Naiboğlunun rejissoruluğu ilə Rəşid Behbudov adına Mahnı Teatrında “Ulduz yağışı” adlı konsert proqramı baş tutub.

News24.az xəbər verir ki, gecədə şou-biznesin ən məşhur simaları iştirak edib. Onların sırasında xalq artistləri Məleykə Əsədova, Arif Quliyev, əməkdar artist Ədalət Şükürov, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, sənətşünaslıq üzrə fəlsəfə dokturu  Gülnarə Xəlilova, müğənnilər Elnarə Xəlilova, Dilarə Kazımova, Murad Sadıx, Rüfət Axundov, Niyam Salami, Emil Bədəlov və başqaları olub.

Rejissor Nail Naiboğlu konsert haqda danışarkən bunları deyib:

“Ötən ilin son ayında burada konsert edəndə düşündüm ki, elə 2019-cu ilin ilk konsertini də Rəşid Behbudov adına Mahnı teatrında edim. Həmin ərəfədə gənc işgüzar xanım söylədi ki, bəlkə mərhəmət aksiyası təşkil edək? Həmçinin qeyd etdi ki, bu konsertdən ona heç bir gəlir lazım deyil. Özünə düşən payı isə kimsəsiz ailələrər paylayacağını bildirdi”.

Gecənin təşkilatçı Leyla Misirova mərhəmət tipli konsertlərin davamlı olacağını bildirib:

“Nail sağ olsun hər zaman mını dəstəkdir. İn.allah konsert bizə uğur gətirər və onu da deyim ki, tədbir davamlı olacaq”.

Teymur MƏMMƏDOV

Foto/Video: Səməd AĞAYEV