Sibel Can Bakıda konsert verəcək
    • 10-12-2018, 11:36
    • 3 613

Sibel Can Bakıda konsert verəcək

Türkiyənin əfsanəvi səsi Sibel Can Azərbaycana gəlir. 

News24.az bildirir ki, "Liatris Holding"in təşəbbüsü ilə baş tutacaq səfərin məqsədi konsert proqramı ilə azərbaycanlı tamaşaçıların qarşısına çıxmaqdır. 

8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə baş tutacaq konsert proqramında sibelsevərlər onun repertuarından illərin unudulmaz nəğmələrini dinləyəcəklər. 

Konsertin təşkilatçısı yenə də “KEvents Group” informasiya tərəfdaşı isə News24.az saytıdır. 

Biletləri yaxın günlərdə satışa çıxarılacaq konsertin digər detalları hələki açıqlanmır.

Xatırladaq ki, bu, "Liatris Holding"in türk müğənnilərindən ibarət sayca ikinci təşkil etdiyi konserti olacaq. 29 dekabr tarixində tanınmış türk müğənnisi Sılanın da paytaxtda, Bakı Konqres Mərkəzində konsert proqramı baş tutacaq. 

Biletləri şəhərin kassalarında və İticket.az-dan əldə etmək olar.

Türkan Məmmədli