Rusiyalı müğənni: "Bakıya kəşfiyyat üçün gəlmişəm" - VİDEO
    • 27-07-2019, 22:27
    • 874

Rusiyalı müğənni: "Bakıya kəşfiyyat üçün gəlmişəm" - VİDEO

Rusiyalı müğənni Nataşa Koroleva Azərbaycanda konsert vermək istəyindən danışıb.

News24.az xəbər verir ki, ifaçı konsert təklifini səbirsizliklə gözlədiyini dilə gətirib: "Azərbaycanda konsertimin olmaması haqsızlıqdır. Çünki "Yaqotka" adlı möhtəşəm konsert proqramı ilə dünyanı gəzirəm. Ümid edirəm ki, konsert ilə Bakıya qədər gəlib çıxacağam. Sadəcə olaraq təklif yoxdur. Əgər Bakıda konsert versəm, əlbəttə ki, Azərbaycan dilində mahnı oxuyaram. Çünki getdiyim ölkəyə hörmət edirəm. Tamaşaçı da buna görə mənə hörmət edir".

Müğənni Bakıya tək gəldiyini bildirib: "İlk dəfədir gəlirəm və kəşfiyyat aparıram. Gələn dəfə ailəmlə birlikdə gələcəyəm. Çünki çox bəyəndim".

Nataşa Koroleva Azərbaycan musiqisi haqda da söz açıb: "Bakıya nadir hallarda gəldiyim üçün musiqiniz haqda o qədər də məlumatlı deyiləm. Deyə bilərəm ki, Emin Ağalarovun sayəsində  sizin mahnıları eşidirəm və təbii ki, uşaqlıqdan dinlədiyim əfsanəvi Müslüm Maqomayevin. Buna görə də daha tez-tez görüşmək lazımdır".

Teymur MƏMMƏDOV
VİDEO: Fərid ŞABANOV