-
- 7-09-2023, 12:29
- 515
AFFA-dan “Qəbələ”nin pərəstişkarlarını üzəcək CƏZA
AFFA İntizam Komitəsi “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevi cəzalandırıb.
News24.az “Report”-a istinadən xəbər verir ki, komitə Azərbaycan Premyer Liqasının V turunda “Zirə” ilə keçirilən oyunda mütəxəssisin qırmızı vərəqə almasına hüquqi qiymət verib.
43 yaşlı məşqçi 1 oyunluq cəzaya məruz qalıb. Klub isə buna görə 800 manat cərimələnib.
“Qəbələ”nin 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada bölgə təmsilçisinin 6, bakılıların isə 4 oyunçusu sarı vərəqə alıb. Bu, komandaların hərəyə 700 manat cərimələnməsinə səbəb olub.