Füzuliyə yola salınan daha 102 sakin doğma yurda çatıb
    • 7-09-2023, 12:45
    • 310

Füzuliyə yola salınan daha 102 sakin doğma yurda çatıb

İşğaldan azad olunan Füzuli rayonuna yola salınan daha 102 sakin doğma yurda çatıb.

News24.az "Report"a istinadən xəbər verir ki, Füzuli şəhərinə köçən ailələri Qarabağ İqtisadi Rayonuna daxil olan İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov və digər rəsmi şəxslər qarşılayıb.

Bununla da Füzuli şəhərində 95 ailə, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.

Xatırladaq ki, sentyabr 7-də Füzuli şəhərinə köçürülənlər Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksində məskunlaşan ailələr olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı prosesi davam edir.