Tərtərdə yol qəzası olub, ölən var - FOTO
    • 5-09-2023, 17:46
    • 174

Tərtərdə yol qəzası olub, ölən var - FOTO

Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb. 

Hərəkətdə olan "Opel" markalı avtomobil qarşıdan gələn "VAZ2106” markalı avtomobillə toqquşub. Nəticədə "VAZ"ın sərnişini Novruzov Kənan Sərhad oğlu hadisə yerində həyatını itirib.

“VAZ”ın sürücüsü Nurlan Şirinov ilə "Opel"inn sürücüsü Məmmədov Qabil müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.