“Sumqayıt” Velinovskini gətirmək İSTƏYİR
    • 7-09-2023, 19:27
    • 302

“Sumqayıt” Velinovskini gətirmək İSTƏYİR

“Sumqayıt” transfer işlərini davam etdirir. 

News24.az Apasport.az-a istinadən xəbər verir ki, “kimyaçılar” “Akademiya Pandev”in futbolçusu Kristiyan Velinovski üçün hərəkətə keçib. 

Məşqçilər korpusu adıçəkilən futbolçunun xidmətində maraqlıdır və onun komandaya cəlb olunmasını istəyir. 

24 yaşlı vinger “Breqalniça” klubunda da oynayıb. Yaxın günlərdə şimali makedoniyalının “Sumqayıt”a keçib-keçməyəcəyi dəqiqləşəcək.