“Neftçi” Ozan Can Kökçünü transfer etmək istəyir
    • 17-07-2023, 18:49
    • 250

“Neftçi” Ozan Can Kökçünü transfer etmək istəyir

Azərbaycan milli komandasının futbolçusu Ozan Can Kökçünün hansı klubda oynayacağı hələ dəqiqləşməyib.

News24.az Apasport.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi Azərbaycan və Asiya ölkələrindən aldığı təklifləri nəzərdən keçirir.

“Eyndhoven”in yeni baş məşqçisi də Kökçünü sərəncamında görmək istəyir. Çalışdırıcı rəhbərlikdən onun komandada saxlanılmasını tələb edib.

Kökçünün yenidən Azərbaycana qayıtmaq ehtimalı da var. “Neftçi” millimizin üzvünü transfer etmək üçün danışıqlar aparır. “Ağ-qaralar” bu keçidi həll etməyə çalışır. 24 yaşlı futbolçunun “Eyndhoven”lə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.

Qeyd edək ki, millimizin üzvü karyerası ərzində “Bursaspor”, “Velveyk”, “Giresunspor”, “Sabah”, “Telstar” klublarında çıxış edib.