"Qalatasaray" "Tottenhem"in futbolçusuna təklif göndərib
    • 11-07-2023, 00:12
    • 301

"Qalatasaray" "Tottenhem"in futbolçusuna təklif göndərib

Türkiyə "Qalatasaray"ı İngiltərənin "Tottenhem" klubunun futbolçusu Davinson Sançesi transfer etmək istəyir.

News24.az​​​ xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, İstanbul təmsilçisi kolumbiyalı müdafiəçi üçün londonlulara 9 milyon avro dəyərində təklif göndərib.

28 yaşlı oyunçunun xidmətində "Cim-Bom"la yanaşı, Avropanın bir neçə komandası da maraqlıdır. Karyerası ilə bağlı yekun qərarı futbolçunun özü verəcək.

Qeyd edək ki, Davinson Sançes bu mövsüm "Tottenhem"in heyətində 24 oyun keçirib. Onun klubu ilə 2024-cü ilin iyununadək müqaviləsi var.