-
- 8-09-2023, 10:29
- 458
Bacısını öldürdü - Müalicəyə GÖNDƏRİLDİ
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Ağcabədi rayonunda bacısını qtlə yetirməkdsə təqsirləndirilən Bayram Xudaverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-məlumatına görə, hakim Xamməd Nuriyevin sdrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü il B. Xudaverdiyevin hadisəni törədərkən anlaqsız vəziyyəti olduğöu qənaətinə glinib və o məcburi müalicəyə göndərilib.
Xatırladaq ki, ötən il iyulun 17-i saat 18 radələrində Ağcabədi rayonu, Aran kəndi yaxınlığında 1992-ci il təvəllüdlü Lamiyə Abdullayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 1996-cı il təvəllüdlü Bayram Xudaverdiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Lamiyə Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bayram Xudaverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Samir Əli