Ailə qurduğunuz tarixin evliliyinizə təsiri
    • 13-03-2019, 12:57
    • 1 240

Ailə qurduğunuz tarixin evliliyinizə təsiri

Ailə qurduğunuz tarixin, daha dəqiq desək, 12 bürcün hökümranlıq etdiyi müddətdə nikaha girməyinizin gələcək həyatınıza fərqli təsiri var.

News24.az mövzu ilə bağlı yazını təqdim edir:

Qoç (21 mart – 20 aprel)
Bu tarixdə qurulan ailə aktiv və ehtiraslı olacaq. Həyatınız sürprizlərlə dolu olacaq. Təbii ki, problemsiz də ötüşməyəcək. Lakin siz bir-birinizə uzun müddət küsülü qalmayacaqsınız.

Buğa (21 aprel – 20 may)
Sizin ailəniz inam, hörmət və qayğı üzərində qurulacaq. Münasibətlərinizin mükəmməl olması üçün hər ikiniz də var gücünüzlə çalışacaqsınız.

Əkizlər (21 may – 21 iyun)
Bu cütlüyün ailə həyatı darıxdırıcı ola bilməz. Sizi parlaq gələcək gözləyir.

Xərçəng (22 iyun – 22 iyul)
Bu ərəfədə qurulan ailə ənənəvi ailələr sırasına aiddir. Cütlüklərin öhdəlikləri bərabər paylaşılacaq. Tərəflərin hər ikisi mükəmməlik üçün əlindən gələni edəcək. Münasibət isə çox nadir hallarda əhvalın dəyişməsi ilə pozula bilər.

Şir (23 iyul – 22 avqust)
Daimi bal ayı və çoxlu dram... Bu tarixdə ailə həyatı quranları məhz bu hal gözləyir. Siz möhkəm dava edəcək, ehtiraslı şəkildə barışacaqsınız.

Qız (23 avqust – 23 sentyabr)
Bu ailə çox möhkəm olacaq. Cütlüyü münasibətdə əlaçı saymaq olar. Ailə sevgi və qarşılıqlı hörmət üzərində qurulacaq.

Tərəzi (24 sentyabr – 23 oktyabr)
Həyat yoldaşınızla hər hansısa bir tədbirə qatılsanız, kənardan münasibətləriniz qaydasında olmadığı hiss olunacaq. Sanki həyat yoldaşınızla aranızda məsafə saxlayırsınız.

Əqrəb (24 oktyabr – 22 noyabr)
Ailə həyatınızda ehtiras və güclü davalar olacaq. Mübahisələrin sonu isə yataqda sonlanacaq. Bir-birinizi dayanmadan dəli edəcəksiniz. Buna səbəb isə sevginizdir.

Oxatan (23 noyabr – 21 dekabr)
Sizin evliliyiniz qeyri-adi olacaq. Elə bu da sizə böyük zövq verəcək. Ailə həyatınız bol sürpriz və səyahətlərlə keçəcək.

Oğlaq (22 dekabr – 20 yanvar)
Bu bürcün hökmranlıq etdiyi tarixdə qurulan ailə ən uğurlusudur. Sizə qarşı atılan bütün mənfi halları dəf edəcəksiniz.

Dolça (21 yanvar – 18 fevral)
Sizin xüsusi ailəniz olacaq. Orada başqa insnalara və adlara yer olmayacaq. Hər gün bir-birinizi təəccübləndib, ətrafınızdakıları utandıracaqsınız. Qaydalara uyğun ailə həyatı sizdən uzaqdır.

Balıqlar (19 fevral – 20 mart)
Sizin ailəniz romantik filmə bənzəyəcək. Orada həm komediya həm də dram olacaq. Aranızda gizli məqam olmayacaq. Bir-birinizi uzaqdan da hiss edəcəksiniz.