Türkiyədə terror aktı hazırlayan 5 nəfər SAXLANILDI
    • 8-09-2023, 14:00
    • 111

Türkiyədə terror aktı hazırlayan 5 nəfər SAXLANILDI

Türkiyənin Diyarbəkir şəhərində terror aktı hazırlayan 5 terrorçu saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə yerli “Hürriyet” nəşri məlumat yayıb.

Yerli nəşrin məlumatına görə, kuryer işləyən şəxslərin evlərinə baxış zamanı partlayıcı maddələr, silahlar və partlayıcı qurğunun müxtəlif komponentləri aşkar edilib. 

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya uğurlu əməliyyata görə hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edib.

Qumral