-
- 26-04-2022, 23:26
- 418
İstanbulda terror aktı törədən şəxs saxlanıldı
Türkiyə Gənclik Vəqfinin (TÜGVA) İstanbulun Qaziosmanpaşa rayonundakı nümayəndəliyi qarşısında partlayıcı qurğu yerləşdirən şəxs saxlanılıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu sosial media hesabında açıqlama yayıb.
Bildirilib ki, terrorçu Türkiyə polisi tərəfindən aparılan əməliyyat nəticəsində ələ keçirilib.
Xatırladaq ki, partlayış aprelin 21-də Türkiyə Gənclik Vəqfinin (TÜGVA) İstanbulun Qaziosmanpaşa rayonunda yerləşən nümayəndəliyində baş verib.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
/Teleqraf.com/