Naxçıvan DSMF-yə sədr müavini təyin olunub
    • 8-09-2023, 15:11
    • 251

Naxçıvan DSMF-yə sədr müavini təyin olunub

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinə yeni müavin təyin olunub.

News24.az "Report"a istinadən xəbər verir ki, bunun bağlı muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov əmr imzalayıb.

Əmrə əsasən, Nuhi Abdinov Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat alıb.