Baş nazir yeni qərar imzaladı
    • 10-08-2022, 10:41
    • 510

Baş nazir yeni qərar imzaladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) kollegiyasının tərkibində dəyişiklik edilib.

News24.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. 

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, kollegiya üzvlərinin sayı 13-dən 15-ə çatdırılıb.
Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri kollegiyanın tərkibinə əlavə edilib.