-
- 13-03-2019, 13:26
- 1 025
Azərbaycanda sənaye istehsalında 4,6% artım
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-fevral aylarında 7,6 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,5 faiz artıb. News24.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 71,7 faizi mədənçıxarma sektorunda, 22,7 faizi emal sektorunda, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı əvvəlki ilin müvafiq dövrünün səviyyəsində qalmış, əmtəəlik qaz hasilatı isə 34,3 faiz artıb.
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,0 dəfə, mebel istehsalı 85,5 faiz, maşın və avadanlıqların istehsalı 80,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 64,0 faiz, içkilərin istehsalı 63,4 faiz, kağız və karton istehsalı 50,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 49,6 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 37,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 33,2 faiz, əczaçılıq məhsullarının istehsalı 26,8 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 25,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 18,2 faiz, tikinti materiallarının istehsalı 12,8 faiz artmış, sair nəqliyyat vasitələrinin istehsalı 4,5 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 8,9 faiz, hazır metal məmulatlarının istehsalı 12,4 faiz, poliqrafiya məhsullarının istehsalı 15,7 faiz, elektrik avadanlıqlarının istehsalı 24,0 faiz, geyim istehsalı 27,1 faiz, tütün məmulatlarının istehsalı 32,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı isə 39,8 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 12,1 faiz artıb.