Aparıcı şikayət etdi - Telekanal 1500 manat CƏRİMƏLƏNDİ
    • 8-09-2023, 18:44
    • 740

Aparıcı şikayət etdi - Telekanal 1500 manat CƏRİMƏLƏNDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi "Space" kanalı barəsində cərimə protokolu tərtib edib. 

Bu barədə News24.az-a sözügedən quruma şikayət etmiş kanalın keçmiş aparıcısı Zamirə Dadaşova məlumat verib:

"Haqq ədalət hər zaman öz yerini tapır. Ədalətsizlik edənlərə Allah da gec tec cavab verir. Bütün hallarda bu həyatda yaxşılığın da pisliyin də bir cavabı var. Bu hələ Space rəhbərliyinin mənə qarşı etdiyi ədalətsizlikdə ilk qələbəmdir. Davamı olacaq.  Allah hələ ki, susur, Azərbaycan qanunları danışır. 

Space tv İnzibati xətalar məcəlləsinin 192.6 cı maddəsiylə cərimələndi.

Mən haqsız olduğum hec bir məsələdə mübarizə aparmaram! Mən hec kimə qarşı haqsızlıq etmərəm! Amma öz haqqlarımı da qorumağı bacarıram! Hec kimə icazə vermərəm dürüst, doğru olduğum halda məni ləkələsin! Özümü sevirəm bütün bu xarakterimlə) Hər kəsə uğurlar!  Özümüzü qorumağı bacaraq"!

Qeyd edək ki, Zamirə Dadaşova bir müddət əvvəl "Space TV"ni əmək kitabçasını ala bilmədiyi üçün Dövlət Əmək Müfəttişliyinə şikayət edib. 

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 192.6 maddəsi əmək qanunvericiliyinin pozulması, işçinin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xitam verilməsini nəzərdə tutur.

Qaynarinfo-nun yazdığına görə, "Space" rəhbəri dövlət qurumunun qərarından narazı qalıb. Belə Vado Korovin müfəttişliyin qərarından Yasamal Rayon Məhkəməsinə şikayət verib. İşə hakim Rəşad Cavadzadənin sədrliyi ilə baxılacaq.

Məhkəmə müfəttişliyin qərarını təsdiqləyərsə, Vado Korovin sözügedən maddəyə əsasən, 1 500 manat məbləğində inzibati qaydada cərimə ediləcək.

Qeyd edək ki, Zamirə Dadaşovadan başqa Rövşanə Ağasəfqızı və başqa aparıcılar da "Space"dən narazılıqla ayrılıblar, Vado Korovin tərəfindən qanunsuz olaraq işdən çıxarıldıqlarını bildiriblər.