O da "Space"dən gedir:
    • 6-04-2023, 14:06
    • 287

O da "Space"dən gedir: "17 ildən sonra..."

Tanınmış aparıcı Zamirə Dadaşova "Space" dən ayrılır.

News24.az xəbər verir ki, aparıcı bu barədə paylaşıb edib:

"Birinci gün "Space"dən ayrılmağı düşünürəm. İlk iş yerim Aztv- 10 il, ikinci iş yerim Space - 17 il olub. Heç iş yeri dəyişdirməyi sevməmişəm. Maaş verə bilmədikləri zamanda belə başqa yerlərdən təkliflər gəlsə də, gedə bilməmişəm. Düzələr deyib davam etmişəm. Çox qəribə hisslər keçirirəm. Bilmirəm sevinim yoxsa üzülüm... Yeganə üzüldüyüm məqam məncə müəllifi olduğum ” Açıq söhbət” verilişinin bağlanmasıdır. Hər halda tamaşaçılar, ziyalılar tərəfindən sevilən veriliş idi. Və əlbəttə əxlaqı, mənəviyyatı, dəyərləri, dilimizi korlayan, məhv edən verilişlərin çoxalmasıdır. Təəssüf ki, pul önə keçəndə mənəviyyat da, mədəniyyət də, dəyərlər də, kişilik də axırdan birinci yerdə durur. Hamıya uğurlar".