Mehriban Əliyeva Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb
    • 13-03-2019, 13:35
    • 1 034

Mehriban Əliyeva Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası Fransisk Həzrətlərinə Tacqoyma Gününün ildönümü münasibətilə təbrik məktubu göndərib.

News24.Az xəbər verir ki, məktubda Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olması vurğulanır, ikitərəfli əməkdaşlığın dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə, ümumdünya mədəni irsinin qorunmasına gələcəkdə də böyük töhfələr verəcəyinə ümid ifadə edilir.