"Hərbi əməliyyatların sürəti yavaşlayıb" - Zelenskidən ETİRAF
    • 8-09-2023, 18:44
    • 129

"Hərbi əməliyyatların sürəti yavaşlayıb" - Zelenskidən ETİRAF

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, hərbi əməliyyatların tempi və Ukrayna Silahlı Qüvvələrinə xarici silahların tədarükü yavaşlayır. 

News24.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının saytında dərc olunub.

“Müharibə yavaşlayır. O, mövcuddur, biz bunu etiraf edirik”, - Zelenski deyib.

Onun sözlərinə görə, “bütün proseslər getdikcə mürəkkəbləşir və ləngiyir”: anti-Rusiya sanksiyalarının tətbiqindən tutmuş Kiyevə silah tədarükünə qədər.

Zelenski qeyd edib ki, əks-hücum əməliyyatını sürətləndirmək üçün Kiyevə Qərb ölkələrindən daha çox texnika, o cümlədən qırıcı təyyarələr lazımdır.

Akqabay