İntihar edən hakim Rahib Salmanovu O ƏVƏZ EDƏCƏK
    • 8-09-2023, 18:58
    • 247

İntihar edən hakim Rahib Salmanovu O ƏVƏZ EDƏCƏK

Özünü müalicə aldığı xəstəxananın binasından ataraq intihar edən hakim Rahib Salmanovun yerinə təyinat olub.

News24.az Lent.az-a istinadən xəbər verir ki, Rahib Salmanovu xanım hakim Aytən Əliyeva əvəz edəcək.

Aytən Heydər qızı Əliyeva 1979-cu ildə anadan olub. Bakalavr və magistratura pilləsi üzrə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.

Eyni zamanda, Bakı Kommersiya Məhkəməsinin hakimi olub.